Tibbi xəbərlər
Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində
Tibbi xəbərlər
141

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

Avropanın ən bahalı şirkəti olan Danimarkanın “Novo Nordisk” əczaçılıq nəhəngi birinci rübdə gəlirinin kəskin artdığını bildirib.

E-saglam.az xəbər verir ki, şirkətin əməliyyatlar üzrə gəliri 27 faiz – 4,5 milyon dollardan çox artıb. Eyni zamanda, satış həcmi 9,365 milyon dollar təşkil edib ki, bu da öz növbəsində 22 faiz artım deməkdir.

Beləliklə, yalnız ABŞ-də, 2023-cü ilin sonundakı tədarüklə müqayisədə “Wegovy” arıqlama preparatına tələbat dörd dəfə artıb. “Novo Nordisk” şirkəti diabet və piylənmənin müalicəsi üçün dərman preparatları sahəsində dünya lideri olub.

Yüksək tələbat şirkətin rəhbərliyini illik proqnozu yenidən nəzərdən keçirməyə vadar edib. Əməliyyat gəlirin 30 faiz, satışların isə 27 faiz artacağı proqnozlaşdırılır. Hazırda tələb təklifi üstələyir. Rəhbərlik əlavə istehsal müəssisələrinə böyük investisiyaların yatırılmasını planlaşdırır. /AZƏRTAC 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun