Xəbərlər
AQTA Rusiya istehsallı alkoqollu içkilərlə bağlı əhaliyə müraciət edib
Xəbərlər
172

AQTA Rusiya istehsallı alkoqollu içkilərlə bağlı əhaliyə müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasında istehsal edilən “Sidr” və “Mister Sidr” nişanlı alkoqollu içki məhsulları ilə bağlı əhaliyə müraciət edib.

AQTA-dan E-saglam.az-a daxil olan müraciətdə bildirilib ki, kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Rusiyanın Ulyanovsk vilayətində surroqat sidrdən (spirt əvəzedicisi) zəhərlənmə nəticəsində 30 nəfər həyatını itirib:

"Rusiyanın səlahiyyətli orqanları tərəfindən aparılan araşdırma nəticəsində zəhərlənmə hadisəsinə Samara şəhərində istehsal edilən “Mister Sidr” nişanlı alkoqollu içkinin səbəb olduğu aşkarlanıb.

Bəyan edirik ki, Agentlik fəaliyyətə başladığı dövrdən indiyədək adıçəkilən alkoqollu içki məhsulu Azərbaycana idxal edilməyib. Həmçinin ötən dövrdə aparılan nəzarət tədbirləri zamanı ölkə ərazisində həmin məhsulun satışı hallarına rast gəlinməyib. Bununla belə, AQTA Rusiyadan ölkəmizə gələn Azərbaycan vətəndaşlarına və əcnəbi qonaqlara müraciət ünvanlayaraq bildirir ki, “Sidr” və “Mister Sidr” nişanlı alkoqollu içki məhsullarını şəxsi istehlak üçün əl yükündə gətiriblərsə, həmin içkilərin istehlakından imtina etsinlər. Eyni zamanda, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun