Tibbi xəbərlər
AQTA qeydiyyatdan keçmədən qida daşıyan şirkətlərə xəbərdarlıq edib
Tibbi xəbərlər
120

AQTA qeydiyyatdan keçmədən qida daşıyan şirkətlərə xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib.

Bu barədə E-saglam.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, bugünədək qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan "Bolt Services AZ" MMC, "Ozio" MMC, "İndi Market" MMC, "Bazarstore" MMC, "Too Far Logistics" MMC, "iBox" MMC və "Competo" MMC qida təhlükəsizliyi qeydiyyatından keçib.

Eyni zamanda həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrinin və ticarət obyektlərinin qeydiyyatdan keçməyən daşınma şirkətləri ilə əməkdaşlığı davam etdirdiyi məlum olub.

AQTA xəbərdarlıq edir ki, qeydiyyatdan keçmədən qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olmaq qanunvericiliyə ziddir, eyni zamanda bu kimi şirkətlərlə əməkdaşlıq edən ictimai iaşə müəssisələri və ticarət obyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Onu da qeyd edək ki, qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur.

Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq hazırda davam etdirilir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun