Dadı və müalicəvi faydaları ilə dünyada getdikcə populyarlaşan bir meyvə olan nar, insanların antibiotiklərə qarşı müqavimətini artırmağa kömək edir.
E-saglam.az xəbər verir ki, nar suyunun tərkibində olan maddələr hüceyrələrin yenilənməsini stimullaşdırır, orqanizmin müqavimətini artırır və immuniteti gücləndirir. Tərkibində çox yüksək fol turşusu, kalium, fosfor, dəmir, C vitamini və lif olan nar, Yapon patentli dərman vasitələrinə daxil olan 9 bitki mənşəli qida arasındadır.
Araşdırmalara görə, nar suyunun antioksidant fəaliyyəti yaşıl çaydan təxminən 3 dəfə yüksəkdir. Bütün bunlarla əlaqədar olaraq nar istehsalına və istehlakına tələbat artır.
Qidalanma və Pəhriz Mütəxəssisi Derya Eren tək başına 100 qram narın bir yetkinin ehtiyac duyduğu C vitamininin gündəlik dozasının təxminən yüzdə 16-nı qarşıladığını bildirib: “Narın birdən çox istehlak üsulu var. Ümumiyyətlə təzə halında üstünlük verilsə də, bəkməzə çevrilərək, turş sousu hazırlanaraq, meyvə şirəsi, sirkə kimi müxtəlif formalara çevrilərək, təravətləndirici bir ətir olaraq içki qruplarına əlavə edilərək və ya çevrilərək istehlak edilə bilər. “İsti suya xırdalanmış nar dənələri, qurudulmuş nar çiçəkləri və ya nar şirəsi konsentratını əlavə etməklə nar çayını asanlıqla dəmləmək olar”.
1- Toxumdan çıxarılan yağın tərkibindəki maddələr ürək xəstəliklərindən qorunmağa kömək edir.
2- Nar şirəsi ekstraktında olan bioaktiv kimyəvi birləşmələr hüceyrənin anormal yayılmasının və şişin yayılmasının qarşısını ala bilər.
3- Nar meyvəsindən alınan ekstrakt ağciyər, döş, kolon və prostat xərçənginin aqressiv təsirlərindən qorunmağa kömək edir.
4- Xolesterolu balanslaşdırır.
5- Qandakı qlükoza səviyyəsini tarazlayaraq diyabetin qarşısını almağa kömək edir.
6- Sistolik qan təzyiqini aşağı sala bilər.
7- Prostat vəzi xərçənginin qarşısını alır.
8- Sümükləri qidalandırır və kalsifikasiyanın qarşısını alır.
9- İshal əlamətlərini aradan qaldıra bilər.
10- Otoksidləşmə nəticəsində hüceyrə zədələnməsinin qarşısını alır.
11- Hüceyrələrarası əlaqədə iştirak edən zülalların əmələ gəlməsinə kömək edir.
12- Sümük və oynaq iltihablarının qarşısını alır.
13- Qaraciyərə qoruyucu təsir göstərir.
14- Reproduktiv sağlamlığa töhfə verir.
15- Əzələ ağrılarını aradan qaldırır və ağır məşqdən sonra bədənin bərpasını asanlaşdırır.
16- Ağız sağlamlığını qorumağa kömək edir.
Tərcümə: Könül Oruc