Xəbərlər
Ana köməyə çağırır: “Qızım dözülməz qıcolmalardan əziyyət çəkir” - FOTO/VİDEO
Xəbərlər
642

Ana köməyə çağırır: “Qızım dözülməz qıcolmalardan əziyyət çəkir” - FOTO/VİDEO

11 yaşlı Dəniz Rəhimli ağır serebral iflic və dözülməz qıcolmalardan əziyyət çəkir.

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun anası Ülkanə Rəhimova məlumat verib.

O bildirib ki, Dənizin səhhətində problemlər doğulandan başlayıb və bu günə kimi o yeriyə, danışa bilmir.

“Hələ beş aylıq olarkən çox zəif göründüyü diqqətimizi çəkməyə başladı. Çox həkimə getdik, amma heç kim bizə kömək edə bilmədi. Bir yaşından başlayaraq Dənizi bir neçə dəfə müayinə və konsultasiya üçün Türkiyəyə apardıq, diaqnozunu orada öyrəndik. Bu səfərlər üçün əlimizdə olan hər şeyi satmalı olduq. Xoşbəxtlikdən, müalicə qıcolmaları azaltmağa kömək etdi və serebral ifliclə mübarizədə işə yaradı: qızım sərbəst şəkildə oturmağa, addımlar atmağa başladı”.

Ülkanə Rəhimova övladının müalicəsi üçün hazırda yardıma ehtiyacları olduğunu deyib.

“Dənizin müalicəsi çox bahalıdır. Hazırda bu mərhələ üçün müalicəni davam etdirməyə 1 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Təsəvvür edin, gündə bir neçə dəfə uşağınızın dözülməz qıcolmalardan titrədiyini görürsünüz. Yeganə istəyimiz bu kabusun bitməsidir”.

Ailə ilə əlaqə: (051) 951-80-29.

Kapital Bank: 4169 7388 4362 1297.

 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun