Tibbi xəbərlər
Amerikalı həkim həmişə arıq qalmağın sirrini açdı
Tibbi xəbərlər
307

Amerikalı həkim həmişə arıq qalmağın sirrini açdı

Amerikalı endokrinoloq, MD Rekha Kumar qocalana qədər formada qalmağın yollarını izah edib.

E-saglam.az xəbər verir ki, həkim bu barədə “Championat.com” saytına danışıb. Onun sözlərinə görə, orta və yuxarı yaşlarda arıqlamaq istəyənlər çətinliklər yaşaya bilər. Mütəxəssis qeyd edib ki, çəkinin artması, xüsusilə qarın nahiyəsində piylərin yığılması insulin müqaviməti, şəkərli diabet və ürək xəstəlikləri riskini də artırır.

"Çox vaxt orta və yaşlı insanlar müəyyən hormonların səviyyəsinin azalması səbəbindən artıq çəkidən qurtulmaqda çətinlik çəkirlər. Xarici amillər də köklüyə gətirib çıxara bilər. İnsanlar yaşlandıqca, daha az fiziki fəaliyyətlə məşğul olurlar, bu da əzələ kütləsinin azalması ilə birlikdə enerji xərclərini azaldır və çəkinin artması ilə nəticələnir", - ekspert qeyd edib.

Yaşlanana qədər arıq qalmaq üçün endokrinoloq müntəzəm olaraq idman etməyi, kalori miqdarına nəzarət etməyi, meyvə-tərəvəz, tam taxıl, paxlalı bitkilər və qoz-fındıqla zəngin Aralıq dənizi pəhrizinə keçməyi tövsiyə edib. Mütəmadi olaraq kifayət qədər yuxu almaq da çox vacibdir. //publika

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun