Tibbi xəbərlər
Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər
Tibbi xəbərlər
446

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Tədqiqat göstərir ki, Alzheimer xəstəliyi orqan transplantasiyası edilən xəstələrə də keçə bilər.

E-saglam.az “Science” saytına istinadla xəbər verir ki, Kanadadakı tədqiqatçılar bütün donorları xəstəliklə bağlı ətraflı yoxlanmağa çağırırlar.

“Stem Cell Reports” jurnalında dərc olunan araşdırmaya görə, siçanlar arasında sümük iliyi nəqli Alzheimer xəstəliyi ilə əlaqəli simptomların və patologiyaların ötürülməsi ilə nəticələnib. Tədqiqat müəllifləri aşkar ediblər ki, Alzheimer xəstəliyi ilə əlaqəli son dərəcə nadir genetik mutasiya daşıyan ştam iliyə yeridildikdən sonra sağlam siçanların beynində zülalların anormal yığılması baş verib.

Alimlər bu araşdırmanın “Alzheimer xəstəliyinin ötürülməsini” nümayiş etdirdiyini və insan sümük iliyi, orqan və qan donorlarının neyrodegenerasiya ilə əlaqəli mutasiyalar üçün skrininqini dəstəklədiyini bildiriblər. Tədqiqatçılar, həmçinin xəstəliyin mərkəzi sinir sistemindən kənarda olan amiloid zülallarından yarana biləcəyi qənaətinə gəliblər.

Lakin nəticələrin insanlarda da eyni olub-olmadığını dəqiq bilmək üçün daha çox araşdırmaya ehtiyac var. /AZƏRTAC

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun