Tibbi xəbərlər
Alzheimer üçün yeni ümid:
Tibbi xəbərlər
483

Alzheimer üçün yeni ümid: "Beyni təmizləmə" müalicəsi

Sent-Luis Vaşinqton Universitetinin alimləri beynin tullantıları təmizləmə sisteminin yaşla birlikdə zəiflədiyini və bunun yaddaş itkisinə səbəb olduğunu aşkar ediblər.

E-saglam.az xəbər verir ki, siçanlar üzərində aparılan araşdırmada meningeal limfa damarlarının böyüməsini artıran protein müalicəsi tətbiq edilib və nəticədə yaddaş funksiyalarında əhəmiyyətli yaxşılaşma müşahidə olunub.

Bu sistem beyindən tullantıları çıxararaq immunitet sisteminə dəstək verir. Müalicə nəticəsində beyin stressinə cavab verən interleykin 6 proteininin səviyyəsi azalıb, bu da neyrodegenerativ xəstəliklərin qarşısını almaq üçün yeni ümidlər yaradıb.

Nevroloq Conatan Kipnis meningeal limfa damarlarının tənzimlənməsinin beyin sağlamlığını qorumağa kömək edə biləcəyini bildirir. Araşdırmanın nəticələri "Cell" jurnalında dərc edilib və gələcəkdə Alzheimer və demansın qarşısını almaq üçün yeni müalicələrin inkişaf etdirilə biləcəyi ümid edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun