Tibbi xəbərlər
Alman həkimlərindən xərçənglə bağlı xəbərdarlıq -
Tibbi xəbərlər
370

Alman həkimlərindən xərçənglə bağlı xəbərdarlıq - 6 əsas əlamət

Gecə tərləmələri, qəfil arıqlama, xroniki ağrılar, uzun müddət davam edən qızdırma, bədəndə bərkimiş yerlər və daimi yorğunluq onkoloji xəstəliklərin erkən inkişafından xəbər verə bilər.

E-saglam.az-ın "Frankfurter Rundschau" nəşrinə istinadla verdiyi xəbərə görə, bu barədə almaniyalı həkimlər xəbərdarlıq edirlər.

Onların fikrincə, aşkar səbəblər olmadan gecə tərləmələri limfoma və leykemiya üçün xarakterikdir, pəhriz və aktivlikdə dəyişiklik olmadan əhəmiyyətli dərəcədə çəki itkisi bir çox bədxassəli proseslərdən xəbər verə bilər:

"Zədəsiz xroniki ağrılar, həftələrlə azalmayan subfebril hərarət, həmçinin bədənin müxtəlif yerlərində bərkişmə və şişkinliklər də xüsusi diqqət tələb edir. Xərçəngə işarə edən başqa həyəcanverici əlamət isə istirahətdən sonra da keçməyən yorğunluqdur".

Mütəxəssislər qeyd edirlər ki, bu əlamətlərdən birinin və ya hətta bir neçəsinin olması həmişə xərçəngdən xəbər vermir, ancaq həkimə müraciət etmək üçün səbəbdir. (oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun