Xəbərlər
Allahşükür Paşazadənin səhhətində problem yaranıb -
Xəbərlər
523

Allahşükür Paşazadənin səhhətində problem yaranıb - Bayram namazına qatıla bilmədi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə əvvəlki illərdən fərqli olaraq builki Ramazan bayramı namazında iştirak etməyib.

E-saglam.az xəbər verir ki, Teleqraf-ın məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, buna səbəb A.Paşazadənin səhhətində problemlər yaranmasıdır.

Hazırda QMİ sədri onurğa sütununda yaranan ağrılardan əziyyət çəkir. Belə bir vəziyyət onun hərəkət qabiliyyətinin qismən məhdudlaşmasına səbəb olub. Buna görə də, dini lider bayram namazına qatıla bilməyib.

Qeyd edək ki, bu gün Azərbaycanda Ramazan bayramıdır. Bakının Əjdərbəy məscidində bayram namazı QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

Təzəpir məscidində isə bayram namazına adıçəkilən ibadət ocağının imamı Hacı Faiz Nağızadə rəhbərlik edib.

Xatırladaq ki, Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində doğulub. O, 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun