Ağız qoxusunun qarşısını necə almaq olar? Ağız qoxusu hər kəsin yaşadığı xroniki problemlərdən biridir. Milyonlarla insan internetdə ağız qoxusunun qarşısını almaq üçün üsullar axtarır. Asanlıqla və təbii yolla qarşısı alına bilən ağız qoxusu artıq ən böyük problemlərdən biri olmayacaq.
E-saglam.az ağız qoxusunun qarşısını təbii yolla alan qidaların siyahısını təqdim edir.
Sink saqqızı
Sink saqqızı dişlər arasında dilin səthində pis bakteriyaları azaldır.
Yoqurt
Xüsusilə gecə istehlak edildikdə ertəsi səhər ağız qoxusunun qarşısını alır. Mədə, yemək borusu və ağızdakı tullantıların təmizlənməsində təsirlidir. Daimi istehlak edildikdə ağız qoxusu problemi tamamilə aradan qalxır.
Mixək
Restoranlarda yeməkdən sonra verilən mixəklərin tərkibində olan mentol maddəsi həm ağız qoxusunu yox edir, həm də ağız sağlamlığına müsbət təsir edir.
Darçın
Ağız yolu infeksiyaları və bakteriyaları azaltmaqda təsirli olan darçın çiy istehlak edildikdə bütün gün ağız qoxusunun qarşısını alır.
Qəhvə
Qida tullantıları kükürd birləşmələrinin əmələ gəlməsinə səbəb olur. Bu tullantılar pis qoxuya səbəb olur. Tərkibində yüksək antioksidant olan qəhvə bu maddəni ağızda həll etməyə kömək edir.
Cəfəri və nanə
Çiy istehlak edilməsi lazım olan bu iki bitki ağız içini təmizləyən ən təsirli təbii qidalardır.
Limon
Tərkibindəki həlledici maddələr sayəsində ağızda infeksion bakteriyaları azaldaraq ağız və diş sağlamlığına müsbət təsir etməklə yanaşı, qida tullantılarının buraxdığı qoxunu da yox edir.
Alma
Tərkibindəki lif sayəsində tüpürcək vəzilərinin daha sağlam işləməsini dəstəkləyir. Qida borusundan mədəyə gedən yoluxucu bakteriyaların sayını azaltdığı üçün təmiz nəfəs almağa da kömək edir.
Pendir
Yeməkdən sonra bir parça pendir ağızda turşuluğu azaltdığı üçün boşluqların yaranmasının qarşısını alır. Eyni zamanda, pendir tüpürcəkdəki turşu miqdarını tarazlaşdırır və beləliklə, əmələ gəlməsi ehtimalı olan bakteriyaların sayını azaldır.
Tərcümə etdi: Könül Oruc