Xəbərlər
Ağdaşda sanitar-gigiyena qaydalarının pozulmasına görə bələdiyyə sədri, Mingəçevirdə sahibkarlar cəzalandırılıb
Xəbərlər
97

Ağdaşda sanitar-gigiyena qaydalarının pozulmasına görə bələdiyyə sədri, Mingəçevirdə sahibkarlar cəzalandırılıb

Ağdaş rayonu və Mingəçevir şəhərində sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, rayon (şəhər) polis şöbələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Ağdaş rayonunun Hapıtlı kəndində, Mingəçevirdə isə şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

Aşkar edilmiş faktlarla bağlı kəndin bələdiyyə sədri, Mingəçevirdə isə üç sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun