Tibbi xəbərlər
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Tibbi xəbərlər
110

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

TƏBİB-dən E-saglam.az-a verilən məlumata görə, xəstəxananın direktoru vəzifəsi Təranə Məmmədovaya həvalə olunub.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Təranə Məmmədovanı kollektivə təqdim edib.

Qeyd edək ki, T.Məmmədova 1975-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. O, 1982-ci ildə Rusiya Federasiyasının Novqorod şəhərindəki doğum evində anestezioloq-reanimatoloq, 1982-1985-ci illərdə həmin şəhərdə qadın məsləhətxanasında terapevt, 1998-2007-ci illərdə isə Bakı şəhəri 16 saylı Şəhər Poliklinikasında baş həkimin müavini, 2012-2021-ci illərdə Bakı şəhəri 37 saylı Şəhər Poliklinikasında baş həkim kimi fəaliyyət göstərib. T.Məmmədova 2021-ci ildən hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkimi vəzifəsində çalışıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun