Gözəllik-dəb
Ağ saçlara son qoyan
Gözəllik-dəb
391

Ağ saçlara son qoyan möcüzəvi tərəvəz

Ağ saç problemi həm qadınları, həm də kişiləri narahat edən məsələlərdən biridir.

E-saglam.az xəbər verir ki, çoxları bu problemi kimyəvi boyalarla həll etməyə çalışsa da, mütəxəssislər saçların ağarmasını gecikdirmək üçün təbii üsulların daha təsirli olduğunu vurğulayır.

Ağ saçların qarşısını alan qidalar

Saç sağlamlığını qorumaq üçün cəfəri, kərəviz və brokoli kimi luteolinlə zəngin tərəvəzlər tövsiyə olunur. Bu maddə saç köklərini gücləndirir, saçların vaxtından əvvəl ağarmasının qarşısını alır və yaşlanma prosesini ləngidir. Bundan əlavə, bu tərəvəzlər ürək və beyin sağlamlığı üçün də faydalıdır.

Elmi araşdırmalar nə deyir?

Naqoya və Harvard universitetlərinin araşdırmalarına görə, luteolin saç köklərini qoruyaraq təbii rəngin uzun müddət saxlanmasına kömək edir. 16 həftə müntəzəm istifadə edildikdə saçların rəngində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunub. Siçanlar üzərində aparılan təcrübələr də eyni nəticələri göstərib.

Ağ saçların qarşısını almaq üçün sağlam qidalanmaya üstünlük verin və təbii üsulları sınayın!

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun