Faydalı
Adi çayın yerinə bu çayları için - Böyük faydası var!
Faydalı
112

Adi çayın yerinə bu çayları için - Böyük faydası var!

Gündəlik içdiyimiz qara çayın bir çox faydalı xüsusiyyətləri var. Lakin bəzən adi çayın yerinə ot çayları içmək də çox yaxşı olardı.

Ot çaylarını hazırladıqda müəyyən qaydalara riayət edin:

- 1 x.q. ot üçün 1 stəkan isti (çox qaynar yox!) su götürülür. Ədviyyatlardan istifadə etdikdə 1 stəkan su üçün çay qaşığının 1/3 hissəsi ədviyyat götürülür.

- Növbəti gün çayı yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla 2-3 dəfə için. Çaya bal, limon da əlavə edə bilərsiniz.

Sizə ən faydalı ot çaylarını təqdim edirik:

- Ürək-damar sistemini möhkəmləndirən çaylar- yemişan, bədrənc (melissa), pişikotu kökləri, nanə.

- Mədə-bağırsaq sistemi üçün ən faydalı çaylar- çobanyastığı, kəklikotu, cirə, nanə, zirə, boymadərən.

- Böyrəklərin sağlamlığını qoruyan çaylar-itburnu, pol-pala, qarğıdalı saçaqları.

- Təzyiqi aşağı salan çaylar - zirinc, tozağacı yarpaqları, itburnu.

- Sakitləşdirici çaylar -pişikotu kökləri, mayaotu toxumu, bədrənc (melissa)./saglamolun.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun