Tibbi xəbərlər
7 il çürük böyrəyi ilə
Tibbi xəbərlər
262

7 il çürük böyrəyi ilə yaşadı

Tuncelidə 55 yaşlı qadın 7 il boyunca çürümüş böyrəklə yaşayıb. Davamlı ağrılarla üzləşən qadın nəhayət xəstəxanaya müraciət edib və aparılan müayinələr nəticəsində sağ böyrəyinin daş səbəbilə tamamilə funksiyasını itirdiyi müəyyən olunub.

E-saglam.az xəbər verir ki, çürümüş böyrək 4 saat davam edən cərrahi əməliyyatla uğurla çıxarılıb.

Əməliyyat zamanı həm uroloji, həm də ümumi cərrahiyyə müdaxiləsi aparılıb. Bağırsaqlarda yaranmış yırtıq da aradan qaldırılıb. Cərrahlar çürümüş böyrəyi tamamilə çıxarıblar. Hazırda qadının səhhəti stabildir, iltihab göstəriciləri normaya dönüb və özünü əvvəlki illərlə müqayisədə daha yaxşı hiss edir.

Mütəxəssislər böyrək daşlarından əziyyət çəkən şəxslərə ildə ən azı bir dəfə uroloji müayinədən keçməyi və su qəbuluna xüsusi önəm verməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun