Tibbi xəbərlər
44 yaşlı qadın bu sadə yemək sayəsində 53 kiloqram arıqladı
Tibbi xəbərlər
3593

44 yaşlı qadın bu sadə yemək sayəsində 53 kiloqram arıqladı

44 yaşlı Reyçel Daun hamiləlikdən sonra iki il ərzində 53 kiloqram arıqlamağı necə bacardığını danışıb.

E-saglam.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb. 

2016-cı ildə qadın ikinci övladını dünyaya gətirib və onun çəkisi 95 kiloqrama çatıb. Daun əvvəllər də kök idi, lakin ikinci hamiləliyindən sonra daha da kökəlib. 

“Oğluma hamilə olanda o qədər şişmişdim ki, toy üzüyümü taxa bilmirdim”, - qadın vurğulayıb. 

O, üç il arıqlamağa çalışsa da, nəticəsi olmayıb. Bundan əlavə, hər iki hamiləlik zamanı qadın ağır xəstə olub və antibiotik qəbul edib. 

Nəticədə Daun kəşf edib ki, sadə yeməklər - ət bulyonu və kefir ilə şorba - orqanizmdə iltihabi prosesləri yavaşlatmağa və tez arıqlamağa kömək edir.

O, tərəvəz, avokado, qoz-fındıq və hindistan cevizi ilə ağ ət və ya balıq suyu pəhrizinə keçib. Kefirlə yanaşı quru meyvələr də yeyib.

Nəticədə, iki ay yarım ərzində 16 kiloqram arıqlamağı bacarıb. 

Qadın özünün kəşf etdiyi pəhrizə riayət etməyə davam edib və iki il ərzində 53 kiloqram arıqlayıb. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun