“40 yaşında düzgün yeməyə başlasanız, on il daha çox yaşaya bilərsiniz”
E-saglam.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu diyetoloq Federika Amati deyib.
Amati bir araşdırmada bildirib ki, standart pəhriz qaydalarına riayət etməklə gözlənilən ömrü orta hesabla altı il artırmaq olar.
“40 yaşında daha çox meyvə, göyərti, tərəvəz, paxlalılar, qoz-fındıq və toxum yeməyə başlayın və daha uzun yaşayacaqsınız”, – deyərək o bildirib.
Diyetoloq bu üsulu təkcə orta yaşlı insanlar üçün deyil, həm də yaşlılar üçün effektiv adlandırıb. O qeyd edib ki, əgər 70 yaşında pis yemək vərdişlərindən qurtulsan və pəhrizini normallaşdırsan, bu, ömrün altı-yeddi il uzadacaq.
“Əlbəttə, bu, sadəcə bir simulyasiyadır, lakin rəqəmlər pəhrizin bizə nə təsir etdiyini görməyə imkan verir”, – həkim əlavə edib.
Mütəxəssisin sözlərinə görə, yetkinlik dövründə gənclikdə olduğu kimi yemək olmaz, çünki orqanizm daha az səmərəli işləyir. O vurğulayıb ki, insulin müqaviməti yaşla artır və bu da hüceyrələrin qida maddələrini udmaq qabiliyyətini zəiflədir. Bu səbəbdən 40 yaşdan sonra pəhrizinizi diqqətlə seçməlisiniz.
“Hər yeməkdə protein olmalıdır. Bu lobya, mərcimək, yağlı balıq, yumurta və digər qidalar ola bilər. Əsas qayda odur ki, qidalar orqanizm üçün qidalı olmalıdır”, – deyə Amati yekunlaşdırıb. /Medianews.az