Xəbərlər
30 ildir nəfəs ala bilmirdi: 70 yaşlı kişinin burnundan çıxan
Xəbərlər
682

30 ildir nəfəs ala bilmirdi: 70 yaşlı kişinin burnundan çıxan cisim təəccübləndirdi - FOTO

30 ildir nəfəs almaqda çətinlik çəkən kişinin burnundan yad cisim çıxarılıb.

E-saglam.az Ölkə.Az-a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib.

70 yaşlı Rəcəb Usta illərdir fərqində olmadığı bir sağlamlıq problemi ilə mübarizə aparırıb.

O, illərdir tənəffüs çətinliyi, burun qanaması, tıxanıqlıq, burun axması və baş ağrısı şikayətlərinin olduğunu söyləyib.

Müayinələr zamanı kişinin burnunda ilişib qalan sırğa aşkarlanıb.

Sırğanın nə vaxt və necə burnuna girdiyini xatırlamayan Usta burnunda olan əşyadan xəbərsiz olduğunu bildirib. Həkimlər müayinələr nəticəsində yad cismin azı 30 ildir orada olduğunu təxmin ediblər.

Recep Usta sırğanın burnuna uşaq yaşlarında girmiş ola biləcəyini söyləyib. O, sırğanın 60 ildir burnunda olduğunu düşünür.

Cərrahi əməliyyatı uğurla tamamlanan şəxs sağlamlığına qovuşub.

Bu, tibb dünyasında nadir rast gəlinən bir vəziyyətdir. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun