Xəstəliklər
296 milyon insan maddə aludəçisidir -
Xəstəliklər
240

296 milyon insan maddə aludəçisidir - Hesabatın nəticələri inanılmazdır

BMT-nin UNODC hesabatına görə, dünyada 296 milyon insan narkotik aludəçisidir.

E-saglam.az xəbər verir ki, alkoqol, qumar və texnologiya asılılığı da sürətlə artır.

Prof. Dr. Kültegin Ögel bildirir ki, narkomaniya ağır nəticələrlə yayılmaqda davam edir:

"Əvvəlcə asılılığı aşkar edib, sonra düzgün müalicə etməliyik. Asılılıq inkişaf edə bilən bir xəstəlikdir və asılılığın sağalması üçün təsirli və düzgün üsullardan istifadə etmək lazımdır. Psixoloq, psixiatr, ailə həkimi, tibb bacısı, dietoloq və sosial işçi kimi bu sahədə çalışan insanların multidisiplinar yanaşma ilə müalicədə rol oynaması son dərəcə vacibdir.

Asılılıq müxtəlif formalarda ola bilər - alkoqol, narkotik, internet, qumar və ya siqaret kimi asılılıqlar, lakin qumar, spirt və narkotik kimi bəzi asılılıqlar nəinki aludəçinin həyatını, hətta bütün ailənin həyatını pozur, hətta sosial həyata da təsir edir. Ona görə də müalicəni davam etdirərkən bütün bunları nəzərə almalıyıq.

Biz təkcə narkomaniyanın müalicəsini deyil, həm də ailənin müalicəsini və cəmiyyət üçün bəzi təkmilləşdirmələri birlikdə həll etməliyik. Asılılıq təkcə fərdi yox, hər kəsi birlikdə məhv etməyə meyllidir".

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun