Tibbi xəbərlər
17 il özünə ilan zəhəri inyeksiya etdi –
Tibbi xəbərlər
479

17 il özünə ilan zəhəri inyeksiya etdi – minlərlə insanın həyatını xilas edə bilər

ABŞ-nin Viskonsin ştatında yaşayan Tim Friede adlı şəxs, 18 yaşından etibarən öz bədəninə ilan zəhəri inyeksiya edərək bir növ panzehir təcrübəsi aparıb. Onun bu qeyri-adi fəaliyyəti, alimlərə yeni və daha güclü bir universal ilan əleyhinə serum (antivenom) hazırlamaq üçün ilham verib.

E-saglam.az xəbər verir ki, BBC-nin xəbərinə görə, Friede uzun illər ərzində bəzi zəhərli ilanlara özünü bilərəkdən dişlətdirib və nəticədə immunitet sistemi 19 fərqli ilan növünün zəhərinə qarşı müqavimət qazanıb. Alimlər onun immunitet sistemini araşdıraraq bu zəhərlərə qarşı effektiv olan bir antivenom formu hazırlayıblar. Hazırda bu serum yalnız siçanlar üzərində test edilib və insan sınaqlarına keçilməsi bir neçə il çəkə bilər.

Araşdırma qrupundan immunoloq Yakob Qlanvill, "Tim-in təcrübəsi misilsizdir" deyərək, bu üsulun təhlükəli olduğunu və qətiyyən tövsiyə edilmədiyini xüsusi vurğulayıb.

Kolumbiya Universitetindən professor Piter Kvonq isə bu işin iki əsas əhəmiyyətli cəhətinə diqqət çəkib: "Birincisi, bu metodla çox növlü panzehir hazırlamaq mümkün ola bilər. İkincisi isə bu, insan immun sisteminin potensialının nə qədər böyük olduğunu göstərir".

Uşaqlıqdan sürünənlərə və zəhərli heyvanlara maraq göstərən Friede, əvvəlcə sadə maraqla özünə zəhər tətbiq etdiyini, zamanla bunun başqalarına kömək edə biləcək bir təcrübəyə çevrildiyini bildirib.

Britaniyadakı Lankaster Universitetinin ilan zəhəri üzrə farmakoloqu Stiven Holl da bu üsulu “çox yaradıcı və təsiredici” adlandıraraq, insan mənşəli antikorların ənənəvi olaraq atlardan alınan panzehirlərdən daha az yan təsir göstərdiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatına görə, hər il təxminən 110 min insan ilan zəhərlənməsi səbəbindən həyatını itirir. Ənənəvi panzehir istehsalı isə bahalı və spesifik növlərə yönəlik olduğu üçün təsir dairəsi məhduddur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun