"Keçən il Azərbaycanda koronavirusla əlaqəli 149 min 399 xəstə evdə nəzarətə götürülüb".
E-saglam.az xəbər verir ki, bunu Bakı Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektortorunun müdiri İradə İsmayılova deyib.
Onun sözlərinə görə, Çağrı mərkəzinə 112 min 981 zəng daxil olub: "Ölkə üzrə ümumi 16 min 295 tibb işçisi COVID-19 virusuna yoluxub. Onlardan 4 658 həkim, 6 224 orta tibb işçisi, 5 408 digər tibb işçiləridir".