Xəbərlər
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
Xəbərlər
1658

14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı

Rusiyada xəstəxanada yeniyetmənin müayinəsi zamanı ortaya çıxanlar hər kəsi şoka salıb. Belə ki, 14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən ilişib qalan güllə tapılıb. Güllədən nə uşaq, nə də onunla birlikdə müayinəyə yollanan anasının məlumatı olmayıb.

Bildirilir ki, yeniyetmə anası ilə birlikdə Tula şəhərində yaşayır. Bir müddət əvvəl məktəblinin səhhətində problem yaranıb. Anası da onu müayinə üçün Sankt-Peterburq şəhərində Pediatriya Universitetinin klinikasına aparıb. Burada həkimlər onu kompüter tomoqrafiyasından keçirirlər. Həqiqət də həmin vaxt ortaya çıxıb. Prosedur zamanı boyun dibində, körpücük sümükləri arasında pnevmatik tapançadan atılan güllə tapılıb.

Bir az araşdırmadan sonra məlum olub ki, yeddi il əvvəl başqa bir uşaq məktəblini güllələyib. Zərərçəkənin anası şübhəli heç nə görməyib, oğlanın özü isə şikayət etməyib. Kiçik yara sağalıb və güllə yeddi il uşağın dərisi altında gizli qalıb.

Həkimlər əməliyyatla gülləni bədəndən çıxarıblar.

Baş verənlərlə bağlı araşdırmalara başlanılıb, uşağın anası dindirilir.

Mənbə: Neva.today /Oxu.Az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun