Tibbi xəbərlər
10 saniyə bir ayaq üstündə qala bilirsinizsə, deməli...
Tibbi xəbərlər
5370

10 saniyə bir ayaq üstündə qala bilirsinizsə, deməli...

İnsanın yerimə sürəti və bir ayağı üzərində tarazlıq qabiliyyəti bədəninin nə qədər sağlam olduğundan xəbər verə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə aparılan araşdırmanın nəticələri "British Journal of Medicine" jurnalında dərc olunub. Qeyd olunub ki, əvvəlcə bir ayağınızda tarazlığı qorumaq qabiliyyətinizi qiymətləndirmək lazımdır. Məhz bu sadə test sayəsində bədənin bioloji yaşını və ya sağlamlığınızı ölçə bilərsiniz.

Jurnalın yazdığına görə, əgər bir ayağınız üzərində on saniyə dayana bilmirsinizsə, bu, bədənin yaşlandığını və ölüm riskinin yüksək olduğunu göstərir. Mütəxəssislər həmçinin digər insanların köməyi olmadan yerdən qalxma qabiliyyətinizi qiymətləndirməyi təklif ediblər.

“Jim”lə də bağlı vəziyyət eynidir. Tədqiqatçılar qeyd edirlər ki, 40 dəfə “jim” edə bilən (və bunu bir dəfəyə etmək lazım deyil) insanların infarkt keçirmə ehtimalı daha azdır. Bundan əlavə, mütəxəssislər əl dinamometrindən istifadə edərək qol əzələlərinin performansını, o cümlədən tutma gücünü qiymətləndirməyi məsləhət görüblər.

Gəzinti sürəti də uzunömürlülüyün dərəcəsini qiymətləndirməyə imkan verir. Tədqiqatlar göstərir ki, tez yeriyə bilən insanlar daha uzun yaşayırlar. Məsələn, orta hesabla saatda ən azı altı kilometr sürətlə gəzmək 2-ci tip diabetin inkişaf riskini 39% azalda bilər. /publika.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun