Xəstəliklər
Yeməkdən sonra baş verən həzmsizlik üçün
Xəstəliklər

Yeməkdən sonra baş verən həzmsizlik üçün nə edilməlidir?

Tibbdə dispepsi olaraq bilinən yeməkdən sonra həzmsizlik bir çox insanın yaşadığı problemdir və bir çox insanı narahat etdiyi üçün bu problemə çarə axtarırlar.

E-saglam.az xəbər verir ki, insanların ən çox qarşılaşdığı problemlərdən biri olan həzmsizlik bəzi hallarda dözülməz ağrı və narahatlığa səbəb ola bilir. Bəs, həzmsizlik tam olaraq nə deməkdir? Problemin həlli yolları nədir?

Həzmsizlik nədir?

Tibb ədəbiyyatında dispepsiya kimi tanınan həzm pozğunluğu ümumiyyətlə yeməkdən sonra baş versə də, bəzi hallarda infeksiyalar və ya istifadə edilən bəzi dərmanlar nəticəsində qarının yuxarı hissəsində ağrı və şişkinlik hissi yaradır. Bu cür neqativlərə əlavə olaraq, həzm pozğunluğu olan xəstələr tez-tez narahatlıq, qusma istəyi, gəyirmə, ürəkbulanma və kramp kimi simptomlarla qarşılaşırlar. Bu əlamətlər anlıq və ya müvəqqəti olaraq görünə və insanı narahat edə bilər.

Bəzi xəstələrdə qarın ağrısı sinə nahiyəsinə yayıla bilər və sinə ağrısı kimi ağrılar hiss oluna bilər. Belə müvəqqəti ağrılar kolik ağrıları adlanır. Ümumiyyətlə yeyib-içdikdən dərhal sonra ortaya çıxan bu əlamətlər, az miqdarda yemək yemiş olsa belə, insanda həddindən artıq yemək hiss etməsinə səbəb olur. Həzmsizlik öz başına bir xəstəlik deyil, müxtəlif səbəblərdən meydana gələn mədə və bağırsaq narahatlığı ilə bağlı bir qrup əlamətə verilən ümumi addır. 

Mədə pozğunluğunun əlamətləri hansılardır?

Həzmsizlik bir xəstəlik deyil, simptomlar qrupudur. İnsanlar hiss etdikləri bu simptomların həzmsizlik əlamətləri olduğunu asanlıqla ayırd edə bilirlər. Həzmsizliyin ən çox görülən simptomları bunlardır:

Mədə ağrısı,

Qarın krampları,

Həddindən artıq toxluq hissi,

Üst qarın nahiyəsində şişkinlik,

Erkən doyma,

Qazın ağızdan çıxarılması,

Ürək yanması,

Reflü,

Bulantı və qusma.

Həzmsizlik necə müalicə edilməlidir?

Həzmsizlik üçün nəyin ən yaxşı olduğu və dispeptik şikayətləri necə aradan qaldıracağı sualı bu mövzuda ən çox axtarılan suallar arasındadır. Həzmsizliyin müalicəsi üçün lazım olan ən əhəmiyyətli nöqtə planlı bir pəhrizə sahib olmaqdır. Mədə pozğunluğu ilə mübarizə aparan insan kiçik və çox tez-tez yemək yeməyi vərdiş halına gətirməlidir.

Ümumiyyətlə, həzmsizlik üçün yaxşı olan şərtləri aşağıdakı kimi ümumiləşdirmək olar:

Daimi və sağlam qidalanma

Meyvə, tərəvəz və lifli qidaların istehlakının artırılması

Yeməyi düzgün çeynəmək

Müntəzəm gəzinti

Siqaret və spirt istehlakının azaldılması

Çay və qəhvə istehlakını məhdudlaşdırın

Həddindən artıq dar geyimlərdən qaçınmaq

Digər tərəfdən, düzgün qidalanma, idman və bütün tövsiyələrin yerinə yetirilməsinə baxmayaraq şikayətlər davam edərsə, əsas orqanik və ya fiziki problem ola bilər (məsələn, mədə çıxışı/pilor stenozu). Bu simptomlar davam edərsə, qastroenteroloqa müraciət etmək lazımdır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun