Psixologiya
Yalançıları üzə çıxarmağın yeganə yolu -
Psixologiya

Yalançıları üzə çıxarmağın yeganə yolu - alimlər izah etdi

E-saglam.az xəbər verir ki, Amsterdam Universitetinin Davranış Elmləri Fakültəsindən Bruno Verschuere və komandası, yalanı üzə çıxarmağın ən təsirli yolunun insanın danışığında detallara diqqət etmək olduğunu bildirirlər. Əvvəllər istifadə edilən üsullar, məsələn, bədən dili və üz ifadələrinin təhlili, həm mürəkkəb, həm də qeyri-dəqiq idi.

Verschuere qeyd edir: “Eyni anda bir çox işarəyə diqqət yetirmək həm çətin, həm də təsirsizdir.”

Yeni yanaşmaya əsasən, bir insanın ifadəsində yer, zaman, şəxs və hadisə kimi konkret təfərrüatların olub-olmadığına diqqət yetirilməlidir. Bu, yalanları aşkar etməkdə daha dəqiq nəticələr verir.

“Oğurlama sualları” eksperimenti

Araşdırma çərçivəsində aparılan maraqlı eksperimentdə iştirakçılar iki qrupa bölünüb:

“Yalançılar”: Bu qrupa şkafdan imtahan suallarını oğurlamaq və daha sonra bu barədə yalan danışmaq tapşırılıb.

“Günahsızlar”: Bu qrup isə yalnız kampusda vaxt keçirib.

Daha sonra hər iki qrupun ifadələri başqa iştirakçılara təqdim olunub. İlk mərhələdə heç bir məhdudiyyət qoyulmadan bu ifadələri qiymətləndirmək istənilib. Nəticələr göstərib ki, yalanı aşkarlamaq təsadüfi proqnozlara bənzəyib.

Lakin ikinci mərhələdə iştirakçılardan yalnız yer, zaman, şəxs və hadisə kimi təfərrüatlara diqqət yetirmələri istənilib. Bu yanaşma yalanı həqiqətdən ayırmaqda daha təsirli olub və doğru proqnoz nisbəti 66%-ə yüksəlib.

Təfərrüatlar niyə vacibdir?

Yalan danışan insanlar, adətən, söhbətlərində konkret təfərrüatlar təqdim etməkdə çətinlik çəkirlər. Bu səbəbdən onların ifadələri daha ümumi və qeyri-müəyyən görünür. Beləliklə, bir insanın yalan danışdığını başa düşmək üçün onun təqdim etdiyi məlumatların nə qədər konkret olduğuna diqqət yetirmək kifayətdir.

Belə ki, bu sadə üsul gündəlik həyatda yalançıları aşkar etməkdə effektiv şəkildə tətbiq oluna bilər. Əgər bir insanın yalan danışıb-danışmadığını öyrənmək istəyirsinizsə, onun danışığında təfərrüat çatışmazlığına diqqət edin. Təfərrüatların olmaması yalanların ən böyük göstəricisidir.

Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun