Xəstəliklər
Xərçəng - o bizi tapır, yoxsa biz onu?
Xəstəliklər
314

Xərçəng - o bizi tapır, yoxsa biz onu?

Günümüzün bəlası xərçəngdir, desək, məncə yanılmarıq. Bəs xərçəng nədir?

E-saglam.az fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edir: 

 

Bizim bədənimiz başdan-başa hüceyrələrdən təşkil olunmuşdur və bu hüceyrələr beynimizdən gələn əmrlərə tabe olaraq çoxala bilirlər, məsələn, yaralanmalar zamanı yaranın sağalması, ölmüş hüceyrələrin əvəzinə yenisinin əmələ gəlməsi və s. Amma xərçəng hüceyrələri bir müstəqil qurum kimi beynimizə tabe olmadan ço-xalır, sonra bu hüceyrələr bir-biri ilə birləşib şiş toxuması əmələ gətirirlər. Daha sonra bu şişlər böyüyür, ətrafdakı orqan və toxumaları sıxmağa başlayır. Əgər bu hüceyrələr qan və ya limfa damarına daxil olarsa, başqa toxumalara yayılma, yəni metastaz baş verir.

 

Bu, xərçəng xəstəliyinin standart inkişaf formasıdır. Burdan bir sual əmələ gəlir: nəyə görə bu hüceyrələr (Qarabağ erməniləri kimi) beynimizə tabe olmurlar və ya olmaq istəmirlər? Deməli, gün ərzində 10-15 min hüceyrə bu müstəqilliyi istəyir, amma bizim bədənimizdəki antioksidantlar buna imkan vermir, yəni həmin hüceyrələrə yapışıb həm onları, həm də özlərini məhv edirlər. Deməli, xərçəngin olmaması və baş vermiş xərçəngin qarşısını almaq üçün bizim bədənimizdə zəngin antioksidant ehtiyatı olmalıdır.

 

Bəs bədənimizin ehtiyac duyduğu antioksidantları necə təmin etmək olar?

 

Antioksidantlar bol günəş şüaları altında təbii şəkildə yetişən bütün meyvə və tərəvəzlərdə var. Bir misal çəkim, pomidorun tərkibindəki antioksidantın adı likopendir və o, prostat vəzi xərçənginin qarşısını almaq xüsusiyyətinə malikdir. Bostanda günəş altında bitən pomidorda parnikdə bitənlə müqayisədə likopen 20 dəfə çox olur, yəni biz 20 kq parnik pomidoru yeməliyik ki, 1 kq normal pomidorun antioksidantını mənimsəyə bilək. Bu qayda bütün tərəvəz və meyvələrdə də özünü göstərir.

 

Deməli, biz bol-bol meyvə-tərəvəz yesək, siqaret və alkoqol istifadə etməsək, hüceyrələri zədələyən və antioksidant itkisinə səbəb olan rentgen şüalarından özümüzü qorusaq, “fast food” yeməkləri menyumuzdan çıxarsaq bizim xərçəngə tutulma ehtimalımız daha çox azalar. Antioksidantlar həm də orqanizmdə, əsasən qaraciyərdə əmələ gəldiyindən bu orqanı qorumaq da əsas şərtlərdən biridir.

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun