Qidalanma
Uşaqların gündəlik qida normaları necə olmalıdır?
Qidalanma

Uşaqların gündəlik qida normaları necə olmalıdır?

Yeniyetmələrin sağlam qidalanması üçün gündəlik qida rasionunda dörd qrup məhsuldan aşağıdakı təxmini miqdarlarda istifadə etmək lazımdır.

Bu barədə E-saglam.az-a uşaq endokrinoloqu Uzman Dr. Azad Əkbərzadə açıqlama verib. 

Süd və süd məhsulları: gündəlik 3-4 hissə yeyilməlidir. Süd məhsulları üçün 1 hissə;
1 su stəkanı süd və ya qatıq
2 ədəd kibrit qutusu böyüklüyündə pendir
1 kiçik kasa manna sıyığı, yulaf sıyığı, südlü aş və s. nəzərdə tutulur.

Ət və ət məhsulları, yumurta, paxlalı bitkilər və qozkimilər (paxla, mərci, noxud, qoz, fındıq və s): gündəlik 3-4 hissə yeyilməlidir. Bu qrup qidalar üçün 1 hissə;
60-90 qr ət (təxminən 2-3 kotlet böyüklüyündə)
8-10 yemək qaşığı bişmiş paxla, lobya və s.
2 yumurta və s. nəzərdə tutulur.

Meyvə-tərəvəz məhsulları: gündəlik 4-5 hissə yeyilməlidir. Meyvə-tərəvəz məhsuları üçün 1 hissə;
1 ədəd orta böyüklükdə portağal, alma, banan həcmindəki meyvələr
3-6 ədəd ərik, alça, göyəm həcmindəki meyvələr
10-15 ədəd çiyələk, gilas, albalı həcmindəki meyvələr
2-3 stəkan qədər doğranmış göyərti
1 ədəd orta böyüklükdə kartof, yerkökü və s. nəzərdə tutulur.

Çörək və digər taxıl məhsulları: gündəlik 3-6 hissə yeyilməlidir. Taxıl məhsulları üçün 1 hissə;
1 ədəd orta dilim çörək (50 qr)
1 su stəkanı qədər bişmiş düyü, makaron, bulqur və s. (6-8 yemək qaşığı və ya 120-150 qr)
1 orta böyüklükdə qutab, blinçik, qoğal və s. nəzərdə tutulur. 

Könül Oruc

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun