Xəstəliklər
Uşaqlarda rast gəlinən monqol ləkəsi TƏHLÜKƏLİDİRMİ? - AÇIQLAMA
Xəstəliklər
748

Uşaqlarda rast gəlinən monqol ləkəsi TƏHLÜKƏLİDİRMİ? - AÇIQLAMA

Monqol ləkəsi, Çingizxan ləkəsi və s. - dərimizin müəyyən hissəsində piqment (rəng) istehsal edən melanosit adlı hüceyrələrin bir yerdə toplanmasıdır.

Bu sözləri E-saglam.az-a açıqlamasında pediatr, yoluxucu xəstəliklər üzrə mütəxəssis Həmid Hacıağayev deyib.

Onun sözlərinə görə, əksərən monqol irqində rast gəlinir və bu irqdən olan yeni doğulmuşların 90 faizində bu ləkələr var.

Pediatr bildirib ki, monqol ləkələri - göyümtül yaxud boz rəngli (nadir hallarda göy-qəhvəyi çalarlarda) ləkələrdir. Adətən büzdüm, yan, bel, kürək, ayaq, nadirən əllərdə ola bilərlər: "Monqol ləkələrinin uşağın səhhəti və həyat keyfiyyətinə heç bir zərəri yoxdur və yalnız estetik (görünüş baxımından) narahatlıq verə bilərlər. Bu ləkələr ağrı vermir, qaşınmaya səbəb olmurlar. Uşaq böyüdükcə, ləkənin rəngi solmağa başlayır, və bəzən 5-6 yaşında tamamilə keçmiş olur. Bu ləkələrin əmələ gəlməsi qətiyyən doğumla bağlı deyil, müalicə etmək, fizioterapiya etdirmək və "quma basdırmaq" və s. lazım deyil". 

pediatr hemid

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun