Yandex watch
Toyuq əti yedikdən sonra bu əlamətlər yaranarsa,

Toyuq əti düzgün saxlanmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Həm çiy, həm də bişmiş toyuq zərərli bakteriyalar daşıya bilər və gigiyena qaydalarına əməl olunmazsa, qida zəhərlənməsinə yol aça bilər.

Emlakbazari.az

 

E-saglam.az xəbər verir ki, mütəxəssislər toyuğun rəngi və qoxusunun dəyişməsinin xarab olmasına işarə etdiyini bildirirlər. Çiy toyuq boz və ya yaşıl rəngə çalarsa, bişmiş toyuq isə turşu və ya ammiak kimi kəskin qoxu verərsə, bu, istifadə üçün yararsız olduğunu göstərir. Üzərində kif və ya yapışqanlıq hiss olunarsa, toyuq mütləq atılmalıdır.

Soyuducuda toyuq ən çox 1-2 gün, -18 dərəcədə isə 6-12 ay arasında saxlanıla bilər. Toyuğun dondurucudan çıxarılması isti suda və ya otaq temperaturunda deyil, soyuducuda aparılmalıdır. Xarici görünüşündə və qoxusunda dəyişiklik olan toyuq yeyildikdə, orqanizmdə təhlükəli reaksiyalar yarana bilər. Belə hallarda ilk simptomlar kimi ürəkbulanma, qusma, ishal və qızdırma müşahidə olunur. Bəzi hallarda titrəmə və qanlı nəcis kimi daha ağır əlamətlər də mümkündür.

Bu simptomlar qida zəhərlənməsinin xəbərçisidir və dərhal tibbi yardım tələb edir. İmmuniteti zəif olan insanlar üçün bu tip zəhərlənmələr daha təhlükəlidir və xəstəxanaya yerləşdirmə tələb oluna bilər. Qida təhlükəsizliyi qaydalarına əməl edilmədikdə sadə bir yemək ağır nəticələrə səbəb ola bilər. Mütəxəssislər həm toyuq alarkən, həm də saxlayarkən gigiyena qaydalarına ciddi riayət edilməsini tövsiyə edirlər. Şübhəli görünən heç bir toyuq məhsulu istehlak edilməməlidir. Sağlamlığınızı qorumağın ən təsirli yolu ehtiyatlı olmaq və riskə getməməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az