Tibbi xəbərlər
Terapevt dəmir çatışmazlığının
Tibbi xəbərlər
82

Terapevt dəmir çatışmazlığının ilk əlamətlərini açıqlayıb

Mütəxəssislər bildirirlər ki, dəmir çatışmazlığı bədəndə ciddi dəyişikliklər yaratmadan əvvəl bəzi erkən əlamətlərlə özünü göstərə bilər.

E-saglam.az xəbər verir ki, həkimlərin sözlərinə görə, dəmir hemoqlobinin əsas komponentidir və orqanizmdə oksigen daşınması üçün vacib rol oynayır. Dəmir çatışmazlığı isə ən geniş yayılmış qida mənşəli anemiya səbəblərindən biri hesab olunur.

Terapevtlər xəbərdarlıq edirlər ki, aşağıdakı əlamətlər dəmir çatışmazlığının ilkin siqnalları ola bilər:

– dəri və selikli qişalarda solğunluq

– göz altında tünd dairələr

– tez yorulma və zəiflik

– başgicəllənmə

– adi fiziki hərəkətlər zamanı nəfəs darlığı

– göz qarşısında qaralma və ya ləkələr

– dad vərdişlərində dəyişikliklər

Mütəxəssislər həmçinin qaşıq formasını alan içbükey dırnaqları dəmir çatışmazlığının xarakterik əlamətlərindən biri hesab edirlər.

Həkimlər qeyd edirlər ki, xüsusilə qadınlar, vegetarian qidalanan şəxslər, qan donorları və böyümə dövründə olan uşaqlar risk qrupuna daxildir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun