Tibbi xəbərlər
Saç əkilməsinin riskləri
Tibbi xəbərlər
15

Saç əkilməsinin riskləri açıqlanıb

Dermatovenerologiya üzrə mütəxəssis Yekaterina Anpiloqova saç əkilməsi prosedurunun mümkün riskləri barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, o bildirib ki, ən müasir və diqqətli texnika ilə aparılsa belə, saç əkilməsi cərrahi müdaxilə olduğu üçün ağırlaşma ehtimalı tamamilə istisna edilmir.

Mütəxəssisin sözlərinə görə, əməliyyatdan sonra ilk günlərdə alın və göz qapaqlarında şişkinlik, başın arxa hissəsində ağrı və donor bölgədə follikulit kimi qısa müddətli yan təsirlər müşahidə oluna bilər. Bu hallar adətən müalicəyə yaxşı cavab verir və qısa zamanda keçir.

Daha uzunmüddətli risklərə isə transplantların zəif tutması, saçların qeyri-təbii istiqamətdə çıxması, kiçik kistaların yaranması və tüklərin dərialtı batması daxildir. Bu risklər xüsusilə siqaret çəkənlərdə, damar problemləri və ya şəkərli diabeti olan şəxslərdə daha çox müşahidə oluna bilər.

Nadir hallarda isə daha ciddi fəsadlar – dəridə qan dövranının pozulması nəticəsində toxuma zədələnməsi və keloid tipli qalın çapıqların yaranması mümkündür. Mütəxəssis vurğulayıb ki, bu risklərdən yayınmaq üçün əməliyyatdan əvvəl sağlamlıq vəziyyəti diqqətlə qiymətləndirilməli, qan şəkəri nəzarətdə saxlanmalı və siqaret istifadəsi əməliyyatdan əvvəl və sonra dayandırılmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun