Qəhvə hormonal pozğunluğa səbəb ola bilər
Qəhvə hormonal pozğunluğa səbəb ola bilər

Qəhvə sağlamlığı və gəncliyi qorumağa kömək edən canlandırıcı içkidir, az miqdarı hətta ürək xəstələrinə tövsiyə olunur. Bununla belə, qəhvənin də öz qaydaları var.

E-saglam.az xəbər verir ki, endokrinoloq Zöhrə Pavlova Lenta.ru-ya müsahibəsində qəhvənin düzgün içilməsi barədə mühüm tövsiyələr verib.

1. Yemək yeyərkən qəhvə içməyin

Həkim ilk növbədə bildirib ki, kofeinli və tanin tərkibli içki çoxlu sayda qida maddəsini bağlayaraq orqanizmdə mənimsənilməsə mane olur. Əsasən də kalsium və maqneziumun. Əslində, qəhvə pəhrizinizi yoxsullaşdırır. Əgər siz qəhvə içməyi sevirsinizsə, bunu yeməkdən ən azı bir saat sonra edin.

2. Gündə iki fincandan çox içməməlisiniz

Bu dozanı aşmazsanız, həqiqətən faydalı olacaq. Bundan əlavə, Pavlova xatırladıb ki, qəhvə asılılıq yaradır və nə qədər yorulsaq, bir o qədər çox canlandırıcı içki istəyirik. Həddindən artıq kofein sizdə əsəbiliyin, narahatlığın artmasına və yuxunuzun pisləşməsinə səbəb olur.

"Həddindən artıq qəhvə içmək qanda kalsiumun miqdarını da azaldır. Bu, paratiroid hormonunun (paratiroid bezləri tərəfindən istehsal olunan) sintezini stimullaşdırır, həm də paratiroid bezlərinin artmasına və sümük sıxlığının azalmasına səbəb ola bilər. Nəticədə osteoporoz və mümkün hormonal pozğunluqların inkişaf riski artır”, - endokrinoloq əlavə edib.

3. Qara ən yaxşısıdır, şəkər və südlə deyil

Həkim şəkər, şərbət, süd əlavə olunmuş qəhvələrdən imtina etməyi məsləhət görür, çünki bu, içkinin kalorisini əhəmiyyətli dərəcədə artırır, yəni insulin müqaviməti riski və nəticədə gələcəkdə diabetin inkişafı riski artır.

Mənbə: Publika.az