Tibbi xəbərlər
Oftalmoloq rəngli kontakt linzaların taxılmasının
Tibbi xəbərlər
233

Oftalmoloq rəngli kontakt linzaların taxılmasının təhlükələrini izah etdi

Rəngli kontakt linzaları onlayn olaraq şık aksesuar kimi almaq sağlamlığınız üçün təhlükəlidir.

E-saglam.az xəbər verir ki, oftalmoloq Maria Levina bildirib ki, rəngli kontakt linzalar tibbi cihazdır və onlardan həkimlə məsləhətləşmədən, həmçinin lazımi gigiyena qaydalarına əməl etmədən istifadə etmək olmaz.

Mütəxəssisin sözlərinə görə, rəngli linzalar şəffaf linzalardan daha qalındır. Bu isə buynuz qişaya daha az oksigen çatmasına səbəb olur. Nəticədə hipoksiya, şişkinlik və narahatlıq yaranır, ən əsası isə infeksiya riski əhəmiyyətli dərəcədə artır.

Levina insanların tez-tez yol verdiyi tipik səhvləri də sadalayıb: “Onlar qaydalara əməl etmirlər - əllərini yumadan linzaya toxunurlar, linzalarla yatırlar və ya onları saxlamaq üçün kran suyundan istifadə edirlər”.

Həkim xüsusilə vurğulayıb ki, hovuzlarda və su parklarında kontakt linza taxanlar ayrıca risk qrupuna daxildir. Hətta xlorlu suda belə, buynuz qişada ağır infeksiyalara səbəb ola bilən mikroorqanizmlər mövcuddur. Bu cür xəstəliklərin müalicəsi olduqca çətindir və güclü antibiotiklər tələb edir.

Ən ağır hallarda isə, oftalmoloqun xəbərdarlığına görə, görmə itkisi belə mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun