Tibbi xəbərlər
Neyrobioloq güclü beynin
Tibbi xəbərlər
1235

Neyrobioloq güclü beynin qızıl açarını açıqladı

Beyin sağlamlığını qorumaq, yaddaşı gücləndirmək və qocalma sürətini azaltmaq həyat keyfiyyətini artırır.

E-saglam.az xəbər verir ki, İsveçin Karolinska İnstitutu və Göteborq Universitetinin alimləri damar sağlamlığının beynin yaşlanması üzərindəki təsirini araşdırıb. Bu araşdırma göstərir ki, sağlam həyat tərzi seçimi beynin bioloji yaşını ləngidə bilər.

Araşdırmanın əsas nəticələri

739 iştirakçı təhlil edilib: Damar sağlamlığı, qan şəkəri, fiziki fəaliyyət və qidalanma beynin qocalma sürətinə təsir edən əsas faktorlardır.

Qan şəkəri səviyyəsi: Yüksək qan şəkəri və diabet beynin bioloji yaşını artırır, xüsusən kişilərdə bu təsir daha qabarıqdır.

Fiziki fəaliyyət: Aktiv həyat tərzi beynin daha gənc görünməsinə kömək edir. Hərəkətsizlik isə insult və yüksək iltihab riskini artırır.

Süni intellekt və beyin yaşı

Araşdırmada beyin yaşını müəyyən etmək üçün süni intellekt modelindən istifadə edilib. Bu sistem 18.000 insanın maqnit rezonans görüntüləmə (MRT) məlumatlarını təhlil edərək bioloji yaşla bağlı nəticələr çıxarıb.

Damar sağlamlığının rolu

Damar sağlamlığı beynin qocalmasının qarşısını almaqda mühüm rol oynayır. Neyrobioloq Anna Marseglia qeyd edir ki, damarların sağlamlığına mənfi təsir göstərən hər bir amil beynin daha yaşlı görünməsi ilə əlaqələndirilir.

Demans və Alzheimer riski

Araşdırmalar göstərir ki, yaşlı beyin Alzheimer və digər demans xəstəliklərinə daha çox meyllidir. Klinik geriatr Erik Vestman bildirir ki, damar sağlamlığını qorumaq bu cür xəstəliklərin qarşısını almaqda təsirli vasitədir.

Yeni tədqiqatlar yoldadır

2024-cü ildən başlayacaq yeni tədqiqatlar sosial faktorlar, yuxu rejimi və stressin beynə təsirlərini araşdıracaq.

Beyin sağlamlığını qorumaq üçün fiziki aktivlik, sağlam qidalanma, siqaretdən uzaq durmaq və qan şəkərini nəzarət altında saxlamaq tövsiyə olunur. Unutmayın, sağlam damarlar gənc və güclü beynin açarıdır!

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun