Ağ Ev ABŞ prezidenti Donald Trampın sağlamlıq hesabatını açıqlayıb. Sənəddə onun əla vəziyyətdə olduğu və ürək yaşının faktiki yaşından 14 il gənc olduğu bildirilib.
E-saglam.az-ın məlumatına görə, Ağ Evin yayımladığı tibbi hesabatda ABŞ prezidenti Donald Trampın səhhəti “fövqəladə” qiymətləndirilib. Məlumata görə, 79 yaşlı Trampın “bioloji yaşı” faktiki yaşından 14 il gəncdir. Həkimi Şon Barbabella bildirib ki, prezidentin ürək-damar, tənəffüs və fiziki göstəriciləri yüksək səviyyədədir.
Trampın sağlamlıq hesabatı, sələfi Co Baydenin yaş və sağlamlıq səbəbindən namizədliyini geri çəkməsindən sonra diqqət mərkəzinə düşüb. Seçki kampaniyasında Tramp özünü “daha gənc və güclü” lider kimi təqdim edib. Onun səhhəti əvvəllər də mübahisələr doğurub — COVID-19-a yoluxduğu dövrdə Ağ Evin açıqlamaları ziddiyyətli olmuş və xəstəliyin ağırlığı gizli saxlanılmışdı.
Tərcümə: Fəxriyyə Adil