Tibbi xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasına
Tibbi xəbərlər
228

Mərkəzi Neftçilər Xəstəxanasına yeni direktor təyin edilib - RƏSMİ

Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edilib.

E-saglam.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Z.Xəlilov 1997-1998-ci illərdə Akad. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində internaturanı tamamladıqdan sonra, 1999-2002-ci illərdə cərrahiyyə ixtisası üzrə aspiranturanı tamamlayıb. 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ümumi cərrah olaraq başlayıb.

2010-2012-ci illərdə Ümumi cərrahiyyə şöbəsinin müdiri, 2012-ci ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb.

Zaur Xəlilov ölkəmizdə orqan transplantasiyası (qaraciyər, böyrək və s.) əməliyyatını icra edən azsaylı mütəxəssislərdən biridir. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2022-ci ildə “Əməkdar həkim” adı ilə təltif edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun