Tibbi xəbərlər
Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov
Tibbi xəbərlər
155

Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib

Kliniki Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.

E-saglam.az xəbər verir ki, bu barədə Bakupost.az-a məlumatı o özü təsdiqləyib.

K.Ələkbərov bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb.

Həkim bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib:

“Əməkdar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan “Təcili tibb” kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim”.

Qeyd edək ki, K.Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub.

2021-ci ildən etibarən isə Kliniki Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.

Xatırladaq ki, “Yeni Klinika”nın direktoru Barat Yusubov bu gün vəzifəsindən azad olunub.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun