Kəkələmə bütün dünyada milyonlarla insanı əhatə edən nitq pozğunluğu olsa da, onun səbəbi hələ də tam başa düşülməyib. Genetika, beyin quruluşu və ətraf mühit faktorlarının birləşməsindən yarandığı düşünülən bu vəziyyət həm uşaqlıqda, həm də yetkinlikdə həyatı çətinləşdirə bilər.
E-saglam.az xəbər verir ki, uşaqlıqda başlayan kəkələmə əksər insanlarda zamanla yox olur, bəzi insanlarda isə qalıcı ola bilir. Genetik faktorların, beyin quruluşundakı incə fərqliliklərin və ətraf mühitin təsirlərinin rol oynadığı bu vəziyyət loqopedik və fərqindəlilik ilə bunun üstəsindən gəlmək olar.
Kəkələmə nitqin səlisliyini və zamanlamasını pozan bir vəziyyətdir. Kəkələyən insanlar tez-tez səsləri, hecaları və ya sözləri təkrarlayır, səsləri uzadır və nitqdə fasilələr yaşayırlar. Vəziyyət bir insanın sosial narahatlığını artıraraq gündəlik həyatını çətinləşdirə bilər.
Kəkələmənin yayılmasına baxmayaraq, elm adamları hələ də bunun nədən qaynaqlandığını dəqiq başa düşə bilmirlər. London Universitet Kollecinin dil və danışma loqopedi Elina Tripolitinin sözlərinə görə, kəkələmənin neyrobiologiyasını izah etmək üçün kifayət qədər dəlil yoxdur. Bununla belə, genetik, beyin quruluşu və ətraf mühit faktorlarının bir araya gələrək kəkələməyə səbəb ola biləcəyi düşünülür.
İnkişafda kəkələmə adətən uşaqlıqda, 2-5 yaş arasında baş verir. Uşaqların təxminən 90% -i yetkinlik yaşına çatmazdan əvvəl bu problemi aradan qaldıra bilir. Ancaq bəzi uşaqlar üçün kəkələmə qalıcı ola bilər.
Bu tip kəkələmələrdə genetik faktorlar mühüm rol oynayır. Kəkələmə ailələrdə çox sıx olur və eyni əkizlər üzərində aparılan araşdırmalar göstərir ki, genetika kəkələmənin 80%-ə qədərindən məsul ola bilər.
Kəkələyən insanların beyin strukturunda bəzi incə fərqlər var. Kəkələmədən təsirlənən beyin sahələri nitqin planlaşdırılması və icrasından məsul olan sol motor korteksi və aşağı frontal girus kimi sahələrdir. 2024-cü ildə aparılan bir araşdırma, kəkələmənin beyindəki amigdala, putamen və klaustrumu birləşdirən neyronlar şəbəkəsindəki pozğunluqlar nəticəsində baş verə biləcəyini irəli sürdü. Bu bölgələr emosiyaların tənzimlənməsi, hərəkətlərin idarə edilməsi və beynin müxtəlif hissələri arasında məlumat ötürülməsi ilə əlaqələndirilir.
Danışıq terapiyası bir çox insana kömək edə bilər. Terapiya fərdləri daha səlis danışmağa və kəkələmələrini qəbul etməyə kömək edə bilər. Kəkələməni sadəcə bir premlem kimi görmək əvəzinə, onu şifahi müxtəlifliyin bir hissəsi kimi qəbul etmək fərdlərin özünü daha asan ifadə etməsinə kömək edə bilər. (Yenisabah.az)