Amerika Yuxu Tibbi Akademiyasının həkimi İndira Gurubhagavatula MedicalXpress-ə bildirib ki, xroniki yuxu çatışmazlığı bir sıra təhlükəli xəstəliklərin riskinin artması ilə sıx bağlıdır.
E-saglam.az xəbər verir ki, Gurubhagavatula yuxu çatışmazlığının nəticələrinin çox ciddi ola biləcəyi barədə xəbərdarlıq etdi. Onun sözlərinə görə, yuxu çatışmazlığı ürək-damar xəstəlikləri, depressiya, metabolik pozğunluqlar və idrak zəifləməsi riskini artırır. Bundan əlavə, gündüz yuxululuğuna səbəb olur ki, bu da iş yerində qəzalara və səhvlərə səbəb ola bilər.
Yuxu çatışmazlığının qarşısını almaq üçün yetkinlərə gündə ən azı yeddi saat müntəzəm olaraq yatmaq və müəyyən bir rejimə riayət etmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc