Tibbi xəbərlər
Həkim yuxuda ağız suyunun axmasının
Tibbi xəbərlər
120

Həkim yuxuda ağız suyunun axmasının səbəblərini açıqladı

Həkim Landon Duika yuxu zamanı yastığa ağız suyunun axmasının müxtəlif səbəblərlə bağlı ola biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bu halın ən yayılmış səbəbi yuxu pozisiyasıdır. Yan üstə və ya qarın üstə yatmaq cazibə qüvvəsinin təsiri ilə tüpürcəyin ağızdan daha asan axmasına səbəb olur.

Duika qeyd edib ki, bəzi hallarda bu vəziyyət müxtəlif sağlamlıq problemləri ilə də əlaqəli ola bilər. Bunlara infeksiyalar, allergiyalar və qastroezofageal reflüks xəstəliyi daxildir.

Həkim əlavə edib ki, Parkinson xəstəliyi, serebral iflic, amiotrofik lateral skleroz, yuxu apnesi və diş sıxma kimi hallar da bu simptomla müşayiət oluna bilər.

Mütəxəssis vurğulayıb ki, əgər bu hal nadir hallarda baş verirsə, narahatlığa əsas yoxdur. Lakin ağız suyunun axması davamlı xarakter alarsa, səbəbi müəyyən etmək üçün həkimə müraciət etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun