Xəstəliklər
Həddindən artıq tərləmənin səbəbləri və müalicəsi
Xəstəliklər
506

Həddindən artıq tərləmənin səbəbləri və müalicəsi

Həddindən artıq tərləməyə hiperhidroz deyilir. Bu cür tərləmələr fiziki aktivlikdən və yaxud havanın temperaturundan asılı olmayaraq baş verir.

Bu sözləri E-saglam.az-a açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə hiperhidrozun ən çox görüldüyü yerlər ovuc, ayaq və qoltuq altı, boyun, kürək və bel nahiyələridir. 

Hiperhidroz əksər hallarda yeniyetmə yaşlarından başlayır.

BİRİNCİLİ (səbəbsiz) və yaxud

İKİNCİLİ (əsas xəstəliyə bağlı) olur:

 Birincili hiperhidroz adətən irsi xarakter daşıyır.

 İkincili hiperhidrozun səbəbləri: 

• Artıq çəki

• Menopauza (klimaks)

• Hormonal pozğunluqlar

• D vitamini çatışmazlığı

• Nevroloji xəstəliklər

• Nikotin, marexuana, alkoqol  və s., kimi zərərli maddələrdən istifadə

MÜALİCƏSİ

• İONOFOREZ - əllər və ayaqlar suyla dolu kasada 20-30dəq saxlanılır. Çox zəif bir elektrik cərəyanı ağrısız şəkildə sudan keçir. Bir neçə seansdan sonra tərləmələrə son qoyulur.

• BOTOX inyeksiyaları – tər vəzlərini tətikləyən sinirləri bloklayır. Effektiv nəticələr əldə etmək üçün bir neçə inyeksiya tələb olunur.

• Antixolinerqik preparatlar - parasimpatik sinir impulslarının ötürülməsini maneə törədir. Xəstələr 2 həftə ərzində simptomların yaxşılaşdığını qeyd edirlər.

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun