Hətta alma kimi sağlam meyvə belə bədən üçün zərərli ola bilər.
E-saglam.az xəbər verir ki, diyetoloq Loren Manaçer həddindən artıq alma istehlakının xoşagəlməz nəticələrini izah etdi.
Qıcıqlanmış bağırsaq sindromu və həssas mədəsi olan insanlar xüsusilə ehtiyatlı olmalıdırlar, çünki almanın həddindən artıq istehlakı mədə-bağırsaq narahatlığına səbəb ola bilər. Lakin, bu meyvələrin tərkibində yüksək lif və şəkər olduğuna görə, hətta sağlam insanlarda da şişkinlik və ağırlıq kimi həzm problemləri yarana bilər.
Manaker həmçinin insanlara almaları yeməzdən əvvəl yaxşıca yumağı xatırlatdı. Bunu etməmək qabıqda qalan pestisidlərin udulmasına səbəb ola bilər.
Bu arada, diyetoloq gündə bir almanın bədənə danılmaz fayda gətirəcəyini vurğuladı. Meyvə vitaminlər, antioksidantlar və liflə zəngindir.
Tərcümə: Könül Oruc