Gicitkanı qədimdən “7 həkimi əvəz edən”bitki adlandırırlar. Onun tərkibi bütün digər dərman otlarından fərqlənirdi.
Xüsusən may-iyun aylarında yetişən və yığılan gicitkan şəfalıdır.
Gicitkanın qana təsiri barədə miflər gəzir. Bir qrup onun qanı durulaşdırdığını, digər qrup isə əksinə qatılaşdırdığını bildirir.
E-saglam.az xəbər verir ki, təzə gicitkan gövdəsi və yarpaqlarında çoxlu askorbin turşusu, yəni vitamin C vardır. O da qan durulaşdırıcı və yeniləyici xassəsi ilə tanınır.
Eləcə də gicitkanda A, B qrup vitamini, dəmir, kalsium, marqans var.
Ona görə gicitkan qanazlığı, anemiya, qanaxmadan sonrakı durumlarda qan bərpa edici kimi təsir edir.
Lakin gicitkanda həm də K vitamini vardır, o da zədələnmiş qan damarlarının bərpasında rol oynayır. Ona görə gicitkan dəmləməsi içmək və ya özünü yemək, lazımsız yerə qanın qatılaşmasına da səbəb ola bilər. Çünki 150 qram gicitkanda sutkalıq K vitamini dozası 6 dəfə çoxdur.
Gicitkandan dəmləmə hazırlayanda bura nanə, timyan və qandurulaşdırıcı başqa bitkilərdən mütləq əlavə olunmalıdır.
Gicitkan kimlərə olmaz:
- Qanı çox duru olanlara
- laxtalanma problemi olanlar
- Hamilələr
- Menstruasiya zamanı qadınlar
- Qandurulaşdırıcılar və aspirin qəbul edənlərə də olmaz, o tromb yarada bilər.
Ümumiyyətlə, qanından xəbəri olmayanlar, gicitkandan uzaq dursun. //Medicina.az