Tibbi xəbərlər
Gecələr həddindən artıq tərləmənin səbəbi
Tibbi xəbərlər
11

Gecələr həddindən artıq tərləmənin səbəbi müəyyən edilib

Mütəxəssislər bildirir ki, gecələr həddindən artıq tərləmə bədəndə gedən daxili proseslərlə bağlı ola bilər və bu hal bəzən ciddi səbəblərdən qaynaqlanır.

E-saglam.az xəbər verir ki, bu simptom xüsusilə qadınlarda daha çox rast gəlinir və əsas səbəblərdən biri hormonal dəyişikliklərdir. Estrogen və progesteron səviyyəsindəki dalğalanmalar bədənin temperatur tənzimlənməsinə təsir edərək yuxu zamanı qəfil istiləşmə və tərləmə yarada bilər.

Bununla yanaşı, stress də gecə tərləməsini gücləndirən amillərdən biridir. Stress hormonu olan kortizolun artması həm yuxu keyfiyyətini pozur, həm də bədəndə istilik hissini artırır.

Mütəxəssislər bu vəziyyəti azaltmaq üçün yataq otağının sərin saxlanmasını, yüngül və rahat geyim seçilməsini, eləcə də yatmazdan əvvəl bədənin həddindən artıq isinməsinin qarşısını almağı tövsiyə edir.

Eyni zamanda vurğulanır ki, bu simptom davamlı xarakter alırsa və yuxuya ciddi təsir edirsə, mütləq həkimə müraciət etmək lazımdır. Xüsusilə hormonal dəyişikliklər dövründə bu cür əlamətlər diqqətlə izlənilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun