Tibbi xəbərlər
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
Tibbi xəbərlər
516

Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb

"Alimlər ola bilsin ki, bir zaman beyini dondurub yenidən həyata qaytara biləcək..."

"Yeni metodika nevroloji xəstəliklərin öyrənilmə üsullarını yaxşılaşdıracaq..."
 
Çin tədqiqatçıları insanın beyin toxumasını uğurla dondurub və donunu açıb, bundan sonra onun normal funksiyasını bərpa edib.
 
E-saglam.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Metro" nəşri yazıb.
 
Onlar ümid edir ki, yeni metodika nevroloji xəstəliklərin öyrənilmə üsullarını yaxşılaşdıracaq.
 
Adətən beyin toxuması dondurulmaya və donun açılmasına tab gətirmir, hərçənd, bu, beynin və ya bütöv bədənin gələcəkdə reanimasiya ediləcəyi ümidilə kriogen dondurulmasına pullar xərcləyən insanları dayandırmır.
 
Lakin Çinin Şanxay şəhərindəki Fudan Universitetindən olan doktor Çjiçen Şao və onun həmkarları dondurulma zamanı beyin toxumasını canlı saxlamağa imkan verən həll yolunu işləyib hazırlayıb.
 
Komanda beyin orqanoidlərinin, yəni beyin hüceyrələrinin özünütəşkil edən kiçik toplantılarının üç həftə ərzində yetişdirilməsi üçün insanın embrion kötük hüceyrələrindən istifadə edib, bundan sonra onlar beyin hüceyrələrinin müxtəlif tiplərinə çevrilib.
 
Daha sonra onlar orqanoidləri müxtəlif kimyəvi birləşmələrə yerləşdirib, onların ümid etdiyi kimi, bu birləşmələr dondurulma zamanı ən azı 24 saat ərzində maye azotda, o cümlədən şəkər və antifrizdə toxumanı qoruyub saxlamağa kömək edəcək.
 
Donun açılmasından sonra komanda növbəti iki həftə ərzində hüceyrələrin inkişafı və məhvini müşahidə edib. Ən uğurlu variantı seçərək, kimyəvi birləşmələrin müxtəlif kombinasiyalarından istifadə edərək tədqiqatçılar prosesi təkrarlayıb.
 
Nəticədə elə kombinasiya aşkar edilib ki, o, donun açılmasından sonra hüceyrələrin ən az məhvinə və ən çox inkişafına gətirib çıxarıb. Qalibə "Medy" adı verilib, bu, metilselüloza, etilenqlikol, DMSO və Y27632 adlı dörd birləşmənin qısa adıdır.
 
"Medy"-nin sonrakı sınaqları beyin orqanoidlərinin donu açılandan sonra150 gün ərzində nəinki inkişaf etməkdə davam etməsini, həm də bu birləşmənin canlı beyin toxumasının dondurulması və donunun açılması zamanı səmərəli olduğunu göstərib. 
 
Komanda epilepsiya xəstəliyi olan 9 aylıq qızcığazdan götürülən beyin toxumasının 3 mm-lik kubiklərini sınaqdan keçirib və müəyyən edib ki, onlar donu açılandan ən azı iki həftə ərzində aktiv olaraq qalmaqda davam edib.
 
"Cell Reports Methods" jurnalında dərc edilən məqalədə alimlər komandası bunları qeyd edib:
 
"Təbii patoloji xüsusiyyətləri olan yeni həyatı qabiliyyəti olan insanın beyin toxuması sinir xəstəliklərinin öyrənilməsi üçün ən etibarlı modeldir.
 
Lakin məhdud əlçatan olması və manipulyasiyalar şəraitində spesifik patoloji xüsusiyyətləri olan beynin canlı toxumasının kriokonservasiyası fövqəladə mürəkkəb məsələdir, çünki böyük sayda funksional neyronların sağ qalmasına dəstək vermək çətindir.
 
Ona görə də beyin xəstəliklərinin patoloji mexanizmlərinin öyrənilməsi, kəllə-beyin travmaları zamanı və/və ya dərmanların yaradılması üçün yeni həyatı qabiliyyəti olan insan beyninin toxumasının etibarlı kriokovservləşdirilməsi texnologiyasının işlənib hazırlanması son dərəcə vacibdir", - bunu doktor Joao Pedro Maqalyayes qeyd edib.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun