Sağlamlıq
Əgər sizdə bu simptomlar varsa,
Sağlamlıq

Əgər sizdə bu simptomlar varsa, beyniniz çürüməyə başlamış ola bilər

Sosial medianın yanlış istifadəsi beynə mənfi təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, Prof. Dr. Aşkın Esen Hastürk bu vəziyyəti "beyin çürüməsi" adlandıraraq, xroniki sosial media istifadəsinin yaddaş pozğunluğu, təcrid və depressiyaya səbəb olduğunu bildirib.

Mütəxəssis, davamlı olaraq telefona baxma, bildirişləri yoxlama və sosial münasibətlərdən uzaqlaşma kimi davranışların "beyin çürüməsi"nin əsas əlamətləri olduğunu vurğulayıb.

Xüsusilə pandemiyadan sonra yeniyetmələr arasında sosial media asılılığı artıb. 6-14 yaş qrupunda onlayn asılılıq 40%-dən 70%-ə yüksəlib. Bu dövr xarakterin formalaşması üçün kritikdir, lakin gənclər real sosial münasibətlərdən uzaq qalaraq ekran qarşısında vaxt keçirirlər.

Ailələrə uşaqların ekran və telefon istifadəsini məhdudlaşdırmaq tövsiyə edilir. Telefon istifadəsi üçün yaş həddi qoymaq, ekran vaxtını məhdudlaşdırmaq, ailəvi yeməklərdə və sosial vaxtlarda telefonlardan uzaq durmaq kimi tədbirlər vacibdir. Eyni zamanda, böyüklərin balanslı ekran istifadəsi ilə nümunə olmaları tövsiyə edilir. İnsan münasibətləri və hobbilərin önə çıxarılması "beyin çürüməsi"nin təsirlərini minimuma endirmək üçün əhəmiyyətlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun