Tibbi xəbərlər
Çox əsnəmək insult və infarkt
Tibbi xəbərlər
139

Çox əsnəmək insult və infarkt əlamətidir?

Əsnəmə insult və ya infarkt əlaməti kimi müəyyən edilmişdir.

E-saglam.az xəbər verir ki, terapevt və kardioloq Andrey Kondraxin bildirib ki, nəzarətsiz və uzunmüddətli əsnəmə halları bəzi nevroloji pozuntularla əlaqəli ola bilər.

Həkimin sözlərinə görə, əsnəmə təkcə yorğunluqla bağlı olmur. Bəzi hallarda bu, beyin fəaliyyətində baş verən dəyişikliklərin göstəricisi kimi ortaya çıxa bilər. Əgər əsnəmə tez-tez təkrarlanır, istirahətdən sonra keçmirsə və aydın səbəb yoxdursa, buna diqqət yetirmək vacibdir.

Mütəxəssis qeyd edir ki, bu cür hallar bəzən insult və ya beyin infarktı riskinin artdığını göstərə bilər. Buna görə də, uzun müddət davam edən və izah olunmayan əsnəmə zamanı həkimə müraciət etmək tövsiyə olunur.

Eyni zamanda, Kondraxin əlavə edib ki, əsnəmənin ən yayılmış səbəbi yenə də yorğunluqdur. Bu halda qısa müddətli istirahət və ya 10-15 dəqiqəlik yuxu vəziyyəti normallaşdıra bilər.

Mütəxəssislər vurğulayır ki, bədən siqnallarını görməzlikdən gəlmək olmaz. Sadə görünən əlamətlər bəzən ciddi problemlərin erkən xəbərçisi ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun