E-saglam.az bildirir ki, məhz bu maddələr reaksiyaya girərək çayın üzərində nazik bir qat yaradırlar. Çayı içdiyimiz zaman fincan müxtəlif tərəflərə əyilir, bu qat fincanın divarlarına yapışır və sonradan quruyur. Vaxt keçdikcə bu qat qaralır və xoşagəlməz görüntü yaradır.
Çay nə qədər tünd dəmlənsə, fincanın divarlarında o qədər daha artıq qat yaranır.
Fincana pis görüntü verən bu qat təhlükəlidirmi?
Tanninlər və katexinlər nəyinki bizə ziyan deyil, hətta otqanizmimizə xeyirlidir.
- İltihab əleyhinə və antibakterial təsir göstərir;
- Damarların divarlarını gücləndirir;
- Orqanizmi toksinlərdən təmizləyir;
- Qaraciyərin vəziyyətini yaxşılaşdırır;
- Dopamin və serotonin hormonlarının ifrazına kömək edir, yəni əhval-ruhiyyəni artırır.
- Həddindən çox çay içərsək:
- Qarın ağrısı, həzmdə problem yaranır.
- Təzyiq yüksəlir.
- İştaha azalır.
Çay ilk dəfə Çində, ilk vaxtlar müalicəvi dərman kimi, sonra isə içki kimi içilməyə başlanılıb. Avropaya isə 17-ci əsrdə Portuqallar və Hollandlar tərəfindən gətirilib.
Bəs Hindistan?
1850-ci illərdə İngilislər Çindən bir neçə ədəd çay kolu oğurlayaraq aparıb Hindistanda əkirlər. Bununla da bizim üçün məşhur olan Hindistan çayı yaranır.
Faydalı