Tibbi xəbərlər
Bu dərmanlar qaraciyərə zərər verir -
Tibbi xəbərlər
646

Bu dərmanlar qaraciyərə zərər verir - SİYAHI

Qaraciyərə zərər verən dərmanlar

I Qaraciyər hüceyrəsində nekroz verən dərmanlar

1. Parasetamol

2. Solisilat

3. Karbontetraxlor

Bu tip dərmanlar dərmanın dozasından asılı olaraq toksik təsir göstərirlər.

Ayrıca qaraciyər hüceyrəsi içərisindəki qlutasyon maddəsinin azalması da nekroza yol açar.

II Qaraciyər hüceyrəsində yağlanma verən dərmanlar: qaraciyərdə yağlanma verən dərmanlarla zəhərlənmələrdə qusma və halsızlıq ön plana keçir.

Valproatlar: epilepsiyanın müalicəsində istifadə olunan Valproat zəhərlənməsin də qanda qaraciyər enziminin yüksəlməsi 10% xəstədə səssiz olur. Başqa klinik bilgi yoxdur. Dərman qəbulu dayanan kimi enzimlər normallaşır. Bəzən dərman qəbulundan 1-2 ay sonra dəyişikliklər görülür. Qusma, ürək bulantı, huş itmə, şəkərin enməsi kimi seyr edilə bilər.

Tetracyclin qrupu antibiotiklər: çoxlu miqdarda alındıqdan sonra və ya dərman yolu ilə yeridilirsə, qaraciyərdə yağlanma və qaraciyər çatışmamazlığı görülə bilər. Hamiləlik dövründə heç bir dərman istifadə etmək olmaz.

Alkaqol hepatiti - davamlı olaraq alkaqol qəbul edən insanlarda qısa müddətdə yüksək dozada qəbul edilirsə qızdırma, leykositoz, ALT, AST, QQT artımı görülə bilər.

III - Qaraciyərdə fibroz verən dərmanlar: uzun müddət istifadə etdikdə qaraciyərdə fibroz toxuma non sirotik qaraciyər pozğunluğu verər: Metotrekate, Azotioprin, Cyclofosfamide. Bu cür dərmanlar öncə nekroz sonra da fibroz verər. Çox dozada qəbul olunsa öddə durğunluq yarada bilər.

IV- Qaraciyərə toksik təsir edən digər dərmanlar: Sex hormanları, Anabolik hormanlar. Bu dərmanlar sinusoidal dilotasyon yarada bilər.

Arsenik: qaraciyər üçün çox toksikdir.

Vinxlorid: sənayedə uzun müddət vinxloridə məruz qalan insanlarda portal ven sklerozu, dalaq böyüməsi müşahidə oluna bilər.

A vitamini: Qaraciyərdə bu vitaminin metobalizması çox zəifdir. Uzun müddət qəbul etdikdə dalaq böyüməsi, portal hipertansiyon ola bilər.

V- Damar dəyişikliyi verən dərmanlar

1) Hamiləlikdən qoruyan dərmanlar (orar kontraseptivlər)

2) Vücudu gözəlləşdirən dərmanlar (anabolik kortikosteroid tərkibli dərmanlar)

3) Süd vəzi şişlərin də istifadə olunan dərmanlar (tomoxifen)

VI- Xronik aktiv Hepatit verən dərmanlar:

1) Oksifenasetin

2) Metil Dopa 

3) İzomazid 

4) Halotan

5) Sulfanilamidlər

6) Asetaminofen

7) Asprin

8) Xlorpromazi

VII- Xolestatik tipli sarılıq verən dərmanlar: İntrahepatik kanallarda öd durğunluğu verərək sarılığa səbəb olurlar:

1) Hamiləlikdən qoruyan dərmanlar

2) Progesteron

3) Androgenik steroidlər

4) Metil testesteron

5) Eritromycin

VIII-Sklerozan xolongit verən dərmanlar:

Thiabendozol (qurd dərmanı)

Androgenik hormonlar.

Hepatoloq DR.Tofiq Əkbərov

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun